...

Azərbaycandakı prezident seçkisində "exit -poll" aparan "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi seçicilərin 14,6 faizinin səs verdiyini açıqlayıb

Siyasət Materials 15 Oktyabr 2008 11:58

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir Ş. Cavadsoy/ Azərbaycanda prezident seçkisindəki "exit - poll" aparan "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin saat 10:00 - a olan məlumatına görə, seçicilərin fəallığı 14,6 faizdir.

Təşkilatın koordinatoru Rəsul Hüseynzadə Trend - a bildirib ki, müşahidəçilərin seçki mənqələrində "exit - poll" keçirmələrinə heç bir maneə yoxdur.

"Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi, "Demokratik Seçki Mərkəzi", "İntellekt" Araşdırmalar Mərkəzi, "Siyasi İnformasiya və Texnologiyalar Mərkəzi", "Azərbaycanda Regional İnkişaf Mərkəzi" ictimai birlikləri seçkiöncəsi təbliğat - təşviqat işlərinin səmərəliliyini artırmaq, yerli və beynəlxalq ictimai rəydə pərakəndəliyi aradan qaldırmaq üçün keçiriləcək monitorinqin və "exit - poll" seçki məntəqələrinin əksəriyyətini əhatə edir. Koalisiya işini iki istiqamətdə qurur. 50 seçki dairəsində seçkilərin sadə monitorinqi aparılır. 57 Seçki dairəsinin 488 seçki məntəqəsində "exit-poll" aparılır.

15 seçki dairəsi Bakıda, 42 seçki dairəsi regionlarda yerləşir. Ümumi müşahidəçilərin sayı 2476 nəfərdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti