...

Bakıda axtarışda olan sahibkar tutulub

Siyasət Materials 17 Noyabr 2008 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir S.Kazımlı / Bakıda vergidən yayındığına və saxtakarlıq etdiyinə görə barəsində axtarış verilən sahibkar tutulub.

Bu barədə Binəqədi rayon Polis İdarəsindən (RPİ) bazar ertəsi Trend -a məlumat verilib.

Məlumata görə, noyabrin 16-da Binəqədi RPİ-nin cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin vergi ödəməkdən yayınma (213-cü) və vəzifə saxtakarlığı (313-cü) maddələri ilə axtarışda olan 1955-ci il təvəllüdlü Qəhrəman Məhəmməd oğlu Cəfərov tutulub.

RPİ-dən bildiriblər ki, Suraxanı rayon ərazisində mağaza işlədən Cəfərov vergidən yaındığı və vəzifə saxtakarlığı etdiyi üçün onun barəsində üç ay öncə axtarış elan edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti