Azərbaycan, Bakı, 22 noyabr / Trend müxbir S. Kazımlı / Bakıda yerləşən barlarda polis əməkdaşları tərəfindən aparılan reydlər nəticəsində, 113 əxlaqsız qadın aşkar edilərək saxlanılıb. Saxlanan qadınlar arasında xarici vətəndaşlar da var. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən şənbə günü Trend - a məlumat verilib.
Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi və Təhqiqat Şöbəsi Bakı şəhərində milli- mənəvi dəyərlərin qorunması istiqamətində aparılan tədbirlər sırasında, əxlaqsız qadınların yığışdığı yerlərin müəyyənləşdirilməsi məqsədi ilə noyabrın 21- dən 22-nə keçən gecə saat 00:30 - dan 01:20 - dək əməliyyat tədbiri keçiriblər.
Paytaxtın Nəsimi rayonu, Moskva prospekti-30 ünvanında yerləşən "Tunel", Mərdanov Qardaşları 15 ünvanında yerləşən "İnfiniti", 28 May küçəsi, 4-də yerləşən "Oleqator", 28 May küçəsi 5 - də yerləşən "Mars", Bülbül pospekti ,32- də yerləşən "Qladiator", Xətai rayonu Sarayevo küçəsi 2- də yerləşən "Karavella", Nizami rayonu Qara Qarayev, 53- də yerləşən "Plaza", Səbayel rayonu Bülbül küçəsi, 14 - də yerləşən "B - 52", Xətai küçəsi ,31- də yerləşən "Layf" gecə barlarında əməliyyat - profilaktiki tədbirlər keçirilib.
Bu, həftə ərzində keçirilən tədbirin 3-cü mərhələsidir. Birinci mərhələdə 28, ikincidə 32, üçüncü mərhələdə 53 əxlaqsız qadın saxlanılsb. Birinci mərhələdə saxlanılan qadınlar artıq tibbi müayinədən keçirilib və onlardan beşinin sifilis xəstəsi olması müəyyənləşib. Hazırda ikinci mərhələdəsaxlanılan qadınlar tibbi müayinədən keçirilir. Üçüncü əməliyyatda saxlanılan 53 qadından 5 - i azyaşlı, 6 nəfəri xarici ölkə vətəndaşıdır; biri Dağıstan, biri Özbəkistan, biri Moldova, üçü Gürcüstan vətəndaşlarıdır.
Saxlanılan qadınlarla aparılan söhbətlər zamanı müəyyən edilib ki, onlar adı çəkilən gecə barlarına özlərinə kişi müştəriləri tapıb qazanc əldə etmək məqsədi ilə hər gün gəlirlər. Barda kişilərlə tanış olduqdan sonra onları şəhərin müxtəlif yerlərində yerləşən otel və saunalara aparırlar.
BŞBPİ paytaxtda fəaliyyət göstərən əxlaqsızlıq yuvalarının müəyyənləşdirilməsi və ləğv edilməsi istiqəmətində əməliyyat - profilaktiki tədbirləri davam etdirəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]