...

NATO Azərbaycan ilə əməkdaşlığın gələcəyinə ümidlə baxır – NATO Baş katibinin müavini (video)

Siyasət Materials 16 Dekabr 2008 17:50 (UTC +04:00)
NATO Azərbaycan ilə əməkdaşlığın gələcəyinə ümidlə baxır – NATO Baş katibinin müavini (video)

Azərbaycan, Bakı, 16 dekabr/ Trend , müxbir R.Novruzov/ NATO Azərbaycan ilə əməkdaşlığın gələcəyinə ümidlə baxır. Bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə NATO Baş katibinin müavini Klaudio Bizonyero bildirib.

Bizonyero Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdən sonra bildirib ki, Azərbaycan ilə əməkdaşlığın səviyyəsindən razıdır.

NATO Baş katibinin müavini bildirib ki, müdafiə sahəsində aparılan islahatlar, hərbi strukturun inkişafı və elmi sahələrdə Azərbaycan ilə əməkdaşlıq bizi razı salır.

NATO ilə Azərbaycan arasında münasibətlər 1992-ci ildə Azərbaycanın Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulması ilə başlanıb. (1997-ci ildə AvroAtlantik Tərəfdaşlıq Şurası (AATŞ) adlandırılıb). Əməkdaşlıq Azərbaycanın 1994 - cü ildə "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulmasından sonra tədricən ikişaf etməyə başlayıb.

İslahatların keçirilməsinə dəstəklə yanaşı, NATO - nun Azərbaycan ilə əməkdaşlığının mühüm məqsədlərindən biri ölkənin Silahlı Qüvvələrinin imkanlarını böhran reaksiyası əməliyyatları və sülhməramlı əməliyyatlar aparılan zaman NATO ölkələri qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsinədək inkişaf etdirməkdən ibarətdir. 1999 - cu ildən Azərbaycanın hərbi qüvvələri NATO -nun Kosovoda, 2002-ci ildən Əfqanıstanda sülhməramlı əməliyyatlarının keçirilməsinə yardım göstərib.

NATO Baş katibinin müavini İraq və Əfqanıstanda sülh və stabilliyin bərpa olunmasında Azərbaycanın mühüm rol oynadığını qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti