...

Qırğızıstanın Almaniyadakı səfirliyi  Oş vilayətinə humanitar yardım göndərib

Siyasət Materials 29 Yanvar 2009 20:11 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 29 yanvar/ Trend , müxbir R.Məşədihəsənli/ Qırğızıstanın Almaniya Federativ Respublikasındakı (AFR) səfiriliyi cümə axşamı Oş vilayəti Alay rayonu dövlət administrasiyasına humanitar yardım göndərib. Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin press-relizində bildirilir.

Qırxızıstanın Almaniyadakı səfirliyinin göndərdiyi 222 min 592 avro məbləğində humanitar yardım  rayonun tibb, uşaq və tədris müəssisələri üçün nəzərdə tutulub və böyük və uşaq geyimləri, isti odeyallar, kompüterlər, sarğı materialları, cərrah alətləri, tibbi avadanlıqlar, əlil arabaları və s.- dən ibarətdir.

Səfirlikdə məqsədli yardım toplanılması ötən ilin sonunda Qırğzıstanın Oş vilayətinin Alay rayonunda baş verən zəlzələdən sonra başlanıb. Zərər çəkən rayon sakinləri, əvvəlki kimi, yardıma ehtiyac duyurlar.

Almaniyanın "Yoldaş" Xeyriyyəçilik Təşkilatı ilə əməkdaşlıq sayəsində səfirlik Alay rayonunun Qulça kəndinə yığılan yardımın tədarükünü təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti