...

Gürcüstan zadəganları monarxiyanın yenidən bərpası məsələsi ilə əlaqədar referendum keçirilməsini tələb edirlər

Siyasət Materials 3 Mart 2009 16:18 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 mart / Trend , müxbir N. Kirtsxaliya / Gürcüstan zadəganları monarxiyanın yenidən bərpası məsələsi ilə əlaqədar referendum keçirilməsini tələb edirlər. Bu barədə Zadəganlar Şurasının, onların məsləkdaşlarının və "Çar Tacı" monarxist hərəkatının üçüncü milli qurultayında məlumat verilib.

Qurultayda əhalinin konstitusiyalı monarxiyaya münasibətinin müəyyənləşdirilməsi məqsədilə referendum keçirilməsi məsələsi də müzakirə edililib.

Monarxist hərəkatın lideri Baqration-Muxranskoyun sözlərinə görə, monarxiyanın bərpa olunmasını yalnız xalq qərarlaşdıra bilər. "Gürcü xalqı ətrafında birləşə biləcəyi şəxsə ehtiyac duyur. Bizim şüarımız "dil, vətən, inam və çar"dır", - hərakatın lideri qeyd edib. Hərakatın üzvlərini ölkədəki monarxist ideyaların gücləndirilməsinə vaxtilə ölkənin patriarxı ikinci İliya dəvət etmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti