...

Azərbaycan Prezidenti şəxsi obyektlərin tikintisi zamanı ağac kəsilməsinə qadağa qoydu

Siyasət Materials 23 Aprel 2009 00:52 (UTC +04:00)
Azərbaycan Prezidenti şəxsi obyektlərin tikintisi zamanı ağac kəsilməsinə qadağa qoydu

Azərbaycan Prezidenti İlham Əliyav hər-hansı bir ərazidə obyekt tikintisi zamanı ağac kəsilməsinə qadağa qoydu. Bu barədə dövlət başçısı Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübündə sosial-iqtisadi inkişafa həsr edilmiş iclasda bəyan edib.

"Mənə verilən məlumata görə, bəzi hallarda Bakıda hansısa obyektin tikintisi zamanı ağaclar məhv edilir, kəsilir. Yerlər alınır, hasarlanır və hasarın dalında bütün ağaclar məhv edilir. Daha sonra orada binalar - fərdi yaşayış evləri, yaxud da hündürmərtəbəli binalar tikilir. Bu siqnallar mənə dəfələrlə daxil olub. Mən Hacıbala Abutalıbova göstərişlər vermişdim. Bu gün də həm yerli icra orqanlarına, həm də vəzifədən sui-istifadə edən şəxslərə sonuncu dəfə xəbərdarlıq edirəm ki, bu hallara son qoysunlar. Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram", - deyə Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, yalnız hər-hansı bir infrastruktur layihəsi icra olunarkən, yol genişləndirilərkən ağac kəsilməsinə yol verilə bilər.

"Yalnız o şərtlə ağac kəsilə bilər ki, hansısa infrastruktur layihəsi icra olunsun, yol genişləndirilsin. Yaxud hansısa dövlət əhəmiyyətli tədbirin keçirilməsi məqsədilə məsələnin həlli üçün lazım olduğu təqdirdə ağaclar çıxarıla bilər. Bununla yanaşı, maksimum çalışmalıyıq ki, hansısa layihəyə maneə törədən ağaclar məhv edilməsin", - deyə Prezident İlham Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti