...

"Marnueli-TV" teleşirkəti oktyabr ayından azərbaycanlı əhali üçün gürcü dilindən dərslər verəcək

Siyasət Materials 23 İyul 2009 12:19 (UTC +04:00)
Yayımı etnik azərbaycanlıların yaşadığı Kvema Kartlinin bir neçə rayonunu əhatə edən "Marnueli-TV" teleşirkəti oktyabr ayında yeni layihənin həyata keçirilməsinə başlayacaq.
"Marnueli-TV" teleşirkəti oktyabr ayından azərbaycanlı əhali üçün gürcü dilindən dərslər verəcək

Gürcüstan, Tbilisi, 23 iyul / Trend , müxbir N.Kirtsxaliya /

Yayımı etnik azərbaycanlıların yaşadığı Kvema Kartlinin bir neçə rayonunu əhatə edən "Marnueli-TV" teleşirkəti oktyabr ayında yeni layihənin həyata keçirilməsinə başlayacaq.

"İnternyus Gürcüstan" Fondunun bildiridiyi kimi, söhbət azərbaycanlılar üçün gürcü dili üzrə təkrar veriləcək həftəlik televiziya dərslərindən gedir. "Bunlar 10-12 şagirdin iştirakı ilə imitasiya edilmiş dərslər olacaq", - deyə "Marnueli-TV"nin direktoru Şalva Şubladze bildirib.

O, həmçinin bildirib ki, sovet dönəmində buna bənzər tədris verilişləri dövlət kanalında yayımlanırdı, o zaman fransız dili dərsləri tədris olunurdu.

"Gürcü dili üzrə televiziya dərslərini Dilçilik İnsitutundan dəvət olunmuş mütəxəssislər aparacaqlar", - deyə Şubladze bildirib.

Onun sözlərinə əsasən, azərbaycanlı əhali gürcü dilinin öyrənilməsinə böyük maraq göstərir. "Regiondakı etnik azərbaycanlılar gürcülər ilə çətin ünsiyyət qura bilirlər, çünki onlar gürcü dilində danışa bilmirlər. Xüsusilə rus dilini bilməyən gənclər üçün bu çox çətindir", - deyə Şalva Şubladze bildirib.

Layihəni "Açıq Cəmiyyət -Gürcüstan" Fondu maliyyələşdirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti