...

Azərbaycan Prezidenti əfqan həmkarını təbrik edib

Siyasət Materials 18 Avqust 2009 11:44 (UTC +04:00)
Təbrik məktubunda dövlət başçısı Azərbaycan-Əfqanıstan dostluğunun qorunub saxlanması və möhkəmləndirilməsi, əlaqələrin bütün sahələrdə genişləndirilməsi yolunda qarşılıqlı səylərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.
Azərbaycan Prezidenti əfqan həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Həmid Kərzaini milli bayramı - Müstəqillik günü münasibətilə təbrik edib, məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.  

Təbrik məktubunda dövlət başçısı Azərbaycan-Əfqanıstan dostluğunun qorunub saxlanması və möhkəmləndirilməsi, əlaqələrin bütün sahələrdə genişləndirilməsi yolunda qarşılıqlı səylərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Prezident əfqan həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Əfqanıstan xalqına əmin-amanlıq və rifah arzulayıb.

Xəbər lenti

Xəbər lenti