Gürcüstan, Tbilisi, 02 oktyabr / Trend , müxbir N.Kirsxaliya/
Noyabrın sonunda Gürcüstan və Misirin xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələr keçiriləcək.
Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Nalbandov ilə Misir səfiri Vahidəddin İsmayıl Qalali arasındakı görüş zamanı iki ölkə arasında siyasi məsləhətləşmələrin noyabrın sonunda Misirdə keçirilməsi barədə razılıq əldə olunub.
Gürcüstan XİN-dən bildirildiyi kimi, görüşdə tərəflər həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]