...

ABŞ Türkiyə Baş nazirini İsraillə münasibətlərinə yenidən baxmağa çağıracaq - AYİ-nin icraçı direktoru

Siyasət Materials 5 Dekabr 2009 14:15 (UTC +04:00)
ABŞ Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı, Vaşinqtona rəsmi səfəri zamanı, İsrailə olan münasibətlərinə yenidən nəzər salmağa çağıracaq, Amerika-Yəhudi İcmasının (AYİ) icraçı direktoru David Harris hesab edir.
ABŞ Türkiyə Baş nazirini İsraillə münasibətlərinə yenidən baxmağa çağıracaq - AYİ-nin icraçı direktoru

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir Ü.Sadıxova/

ABŞ Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı, Vaşinqtona rəsmi səfəri zamanı, İsrailə olan münasibətlərinə yenidən nəzər salmağa çağıracaq, Amerika-Yəhudi İcmasının (AYİ) icraçı direktoru David Harris hesab edir.

"Mən hesab edirəm ki, ABŞ Türkiyənin Baş nazirini öz kəskin tonunu yenidən nəzərdən keçirməyə və Ankara və Qüdsü bir neçə il ərzində ardıcıl olaraq qarşılıqlı mənfəətli əlaqələrin təmin edilməsinə çağıracaq", - Harris elektron paçt vasitəsilə Trend -a deyib.

Dekabrın 7-də Türkiyənin Baş naziri Ərdoğan ABŞ-a gedəcək. Səfər zamanı Ərdoğan və ABŞ Prezidenti Barak Obama Dağlıq Qarabağ problemini və Türkiyə-Ermənistan protokollarını müzakirə edəcəklər. Lakin daha öncə KİV məlumat verib ki, Vaşinqton Türkiyə lideri ilə həmçinin İsrail Qəzza sektorunda hərbi əməliyyatlara başlayandan sonra Ankaranın İsrail höküməti ilə münasibətlərindəki gərginliyi müzakirə edə bilər. 

İsrailin sənaye və ticarət naziri Binyamin Ben-Elizeranın səfəri iki ölkə arasında etimadın əvvəlki səviyyəsının yenidən bərpa olunması üçün atılan addım kimi nəzərdən keçirilib, buna baxmayaraq, iki ölkə bu istiqamətdə hələ heç bir konkret iş görməyib.

Harrisin fikrincə, Türkiyə və İsrail arasında sıx əlaqələrin saxlanılması həm Vaşınqtonun, həm də Ankaranın maraqlarındadır.

"İki tam demokratik ölkələr arasındakı (Türkiyə və İsrail arasında) bu əlaqələr regionda stabilliyin və təhlükəsizliyin təmin edilməsi üçün açar faktorudur", - Harris deyib.

Onun sözlərinə görə, Türkiyə və Amerika liderləri arasında müzakirə ediləcək bir çox məsələlər var.

ABŞ və Türkiyə arasında ikitərəfli əməkdaşlıq hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir və Harris hesab edir ki, Türkiyə ilə qonşu ölkələrə də toxunan məsələlər gündəliyə daxil ediləcək.

"Aydındır ki, bu gün İraq olduqca mühümdür və burada Türkiyə ABŞ üçün əsas və dəyərli tərəfdaşdır. İran da mühüm müzakirə mövzusu olacaq və ola bilsin ki, fikirlərdə bəzi müxtəlifliklər ortaya çıxacaq. Həmçinin Suriya da müzakirələrdə vacib yer alacaq. Çünki Türkiyə ABŞ-dan daha tez Suriya ilə hərbi müdafiə məsələsi də daxil olmaqla, əlaqələri möhkəmləndirməyə başlayıb", - Harris deyib.

ABŞ Dəməşqlə əlaqələri yaxşılaşdırmaqda maraqlı olsa da, Harrisin fikrincə, "Suriyanın fəaliyyətinə şübhə ilə yanaşır, silah axını və İraq ərazisində silahlıların artmasının qarşısını almaq istəyir.

İsraillə əlaqələrdən fərqli olaraq Ankara Suriya ilə əlaqələri aktiv şəkildə qaydaya salır və ölkələr arasındakı viza rejimini ləvğ edib. Bundan əlavə, Türkiyə keçən il olduğu kimi, yenidən Suriya və İsrail danışıqlarında vasitəçilik etməyə hazır olduğunu bəyan edib. Lakin münaqişəli tərəflər hələlik danışıqların bərpa edilməsi barədə razılığa gələ bilməyiblər. "Baş nazir Ərdoğanın Vaşinqtona səfəri çox mühümdür", - o hesab edir.

Xəbər lenti

Xəbər lenti