...

İlham Əliyev Azərbaycan hökuməti və Sank Peterburq hökuməti arasında əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının tərkibini təsdiq edib

Siyasət Materials 16 Yanvar 2010 11:00 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
İlham Əliyev Azərbaycan hökuməti və Sank Peterburq hökuməti arasında əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının tərkibini təsdiq edib

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi aşağıdakı heyətdə təsdiq edilib:

Komissiya sədri - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov; komissiya üzvləri - Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini Musa Pənahov, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Respublikası təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti Arif Həşimov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri Kamal İsmayılzadə, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Baş konsulu Qüdsi Osmanov.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, sərəncamda göstərilən Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Rusiya Federasiyası tərəfinə müvafiq bildiriş göndərilməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti