...

Azərbaycan Prezidenti Küveyt Əmirini təbrik edib

Siyasət Materials 25 Fevral 2010 00:19 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha ölkəsinin milli bayramı - Milli günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Küveyt Əmirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha ölkəsinin milli bayramı - Milli günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Ölkənizin milli bayramı - Milli gün münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Əminəm ki, Azərbaycan-Küveyt dövlətlərarası münasibətlərinin möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik", - təbrik məktubunda deyilir.

İlham Əliyev Küveyt Əmirinə möhkəm cansağlığı, işlərində uğurlar, dost Küveyt xalqına əmin-amanlıq və firavanlıq arzulayb.

Xəbər lenti

Xəbər lenti