...

Azərbaycan Prezidenti İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Siyasət Materials 3 Mart 2010 18:29 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Rasselin etimadnaməsini qəbul edib.
Azərbaycan Prezidenti İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Rasselin etimadnaməsini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Səfir Prezident Sarayında fəxri qarovul dəstəsinin qarşısından keçib. Səfir Tomas Rassel etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.

Söhbət zamanı Azərbaycan ilə İrlandiya arasında əlaqələrin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğu vurğulanıb və səfirin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əməkdaşlığımızın genişlənəcəyinə əminlik ifadə olunub.

Xəbər lenti

Xəbər lenti