...

ABŞ dövlət katibinin müavini Tina Kaydanov Tbilisiyə gəlib

Siyasət Materials 13 May 2010 15:27 (UTC +04:00)

Şərqi Avropa və Asiya məsələləri üzrə ABŞ dövlət katibinin müavini Tina Kaydanov Gürcüstana gəlib. Gürcüstan XİN-in Trend-ə verdiyi məlumata əsasən, bu gün onun Gürcüstan XİN rəhbəri Qriqol Vaşadze ilə qapalı görüşü olacaq.

Bir neçə gün davam edəcək səfərdə Keydanov həm Gürcüstan hökumətinin, həm siyasi partiyaların, o cümlədən, müxalifət partiyalarının nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.

Kaydanov 30 may yerli seçkilər ərəfəsində Gürcüstandakı seçkiqabağı kampaniya ilə tanış olacaq.

ABŞ dövlət katibi müavininin görüşlərinin gedişi çərçivəsində gürcü-rus münasibətlərinin , o cümlədən, Gürcüstan və Rusiya arasındakı əməkdaşlığın dərinləşməsi məsələsinin strateji xartiya çərçivəsində müzakirəsi baş tutacaq.

Xəbər lenti

Xəbər lenti