...

ABŞ dövlət katibinin müavini gürcü müxalifəti və ekspertlərlə görüşüb

Siyasət Materials 13 May 2010 16:38 (UTC +04:00)
Gürcüstanın qeyri-parlament müxalifəti ABŞ dövlət katibinin ikinci müavini Tina Kaydanovla görüşdə Amerika institutları tərəfindən seçkiqabağı sorğunun keçirilməsinə etiraz ediblər.
ABŞ dövlət katibinin müavini gürcü müxalifəti və ekspertlərlə görüşüb

Gürcüstan, Tbilisi, 12 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın qeyri-parlament müxalifəti ABŞ dövlət katibinin ikinci müavini Tina Kaydanovla görüşdə Amerika institutları tərəfindən seçkiqabağı sorğunun keçirilməsinə etiraz ediblər. Bu barədə ABŞ səfirliyində Kaydanovla keçirilən görüşdən sonra "Gürcüstanın yolu" partiyasının lideri Salome Zurabişvili bildirib.

Kaydanovun müxalifət partiyalarının nümayəndələri və ekspertlərlə görüşü ABŞ səfirliyində bağlı qapılar arxasında keçirilib. Kaydanovun özü ABŞ səfirliyinin nümayəndələri kimi bu barədə heç bir şərh verməyib.

Zurabişvilinin sözlərinə görə, belə sorğuların keçirilməsi Gürcüstanda seçkiqabağı vəziyyətə mənfi təsir edir. "Çoxsaylı müraciətlərə baxmayaraq, ölkədə seçkiqabağı vəziyyət ürəkaçan deyil, lakin hər halda biz yerli idarəetmə orqanlarına seçkilərdə qalib gəlmək niyyətindəyik", - o deyib.

Zurabişvilini seçkilərdə "Gürcüstan naminə alyans"ın namizədi İrakli Alasaniya dəstəkləyir.

Bu arada xristian demokratların liderlərindən biri, vitse-spiker Levan Vepxvadze ABŞ-ın mövqeyini və bu ölkənin seçkiqabağı vəziyyəti yaxşılaşdırmaq səylərini bəyəndiyini ifadə edib.

"Biz ABŞ-a Gürcüstanda rəqabətli seçkiqabağı vəziyyətin təmin olunması üçün göstərdiyi səylərə görə minnətdarlığımızı bildiririk", - Vepxvadze deyib.

Yeri gəlmişkən, Qafqaz Sülh İnstitutunun direktoru Qoqi Xutsişvili bəyan edib ki, ekspertlər Kaydanovla regional təhlükəsizlik məsələlərini, Gürcüstan-Rusiya münasibətlərini və ABŞ-ın Gürcüstanın təhlükəsizliyinin təmin olunmasında rolunu müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti