...

Bakıda təhlükəsizlik aylığı ərzində 11piyada həlak olub, 46-si xəsarət alıb - BDYP

Siyasət Materials 17 May 2010 12:13 (UTC +04:00)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev bazar ertəsi Trend-ə bildirib ki, qeydə alınan qəzalarla bağlı 11 piyada həlak olub, 46 nəfər xəsarət alıb.
Bakıda təhlükəsizlik aylığı ərzində 11piyada həlak olub, 46-si xəsarət alıb - BDYP

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhərində aprelin 15-dən mayın 15-dək "Diqqət: Piyada!" şərti adı altında yol hərəkəti təhlükəsizliyi aylığı ərzində piyadalarla bağlı 53 yol qəzası qeydə alınıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev bazar ertəsi Trend-ə bildirib ki, qeydə alınan qəzalarla bağlı 11 piyada həlak olub, 46 nəfər xəsarət alıb.

Piyadalarla bağlı ən çox yol qəzası paytaxtın Nəsimi (10), Yasamal (8) və Xətai (8)  rayonlarında qeydə alınıb. Hadisə zamanı ən çox ölüm Əzizbəyov (2) və Nərimanov (2) rayonlarında baş verib.

Aylıq ərzində paytaxtda piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı 4 794 fakt qeydə alınıb. Pozuntular daha çox Nizami (352), Nəsimi (348) və Binəqədi (335) rayonlarında qeydə alınıb.

Hənifəyev bildirib ki, ötən il ərzində piyadalar tərəfindən 4 129 yol hərəkəti qayda pozuntusu qeydə alınmışdı.

Pozuntuya yol vermiş piyadalar İnzibati-Xətalar Məcəlləsinin müvafiq maddələri ilə 10 manat məbləğində cərimələniblər. Aylıq ərzində piyadaların ən çox yol verdiyi pozuntular yeraltı və yerüstü piyada keçidlərindən istifadə etməməsi ilə bağlı olub.

Ötən il Bakıda "Diqqət: Piyada!" şərti adı altında yol hərəkəti təhlükəsizliyi aylığı ərzində piyadalarla bağlı 40 yol qəzası qeydə alınmışdı və nəticədə 14 nəfər ölmüş, 29 piyada xəsarət almışdı.

Cari ilin 3 ayı ərzində paytaxtın küçə və yollarında piyadaların vurulması ilə bağlı 217 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 82 nəfər həlak olub, 165 nəfər isə yaralanıb.

Bu hadisələr ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 41,9 faizini, Bakı şəhərində isə 52,6 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti