...

Azərbaycanda kütləvi toplaşmaq azadlığını tənzimləyən qanun var – Prezident Administrasiyasının şöbə müdiri

Siyasət Materials 18 May 2010 12:57 (UTC +04:00)
Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri deyib ki, ölkədə sərbəst toplaşmaq azadlığı qanunla tənzimlənir.
Azərbaycanda kütləvi toplaşmaq azadlığını tənzimləyən qanun var – Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri deyib ki, ölkədə sərbəst toplaşmaq azadlığı qanunla tənzimlənir.

"Sərbəst toplaşma azadlığı haqqında" qanun həm Venesiya Komissiyasının, həm də ATƏT İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun ekspertizasından dəfələrlə keçib və müvafiq müsbət rəylər alınıb", - çərşənbə axşamı jurnalistlərə Prezident Adminstrasiyası qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev bildirib.

"Azadlıq" blokuna daxil olan, eləcə də Müsavat və Ümid partiyaları bir neçə dəfə Bakıda icazəsiz aksiyalar keçirməyə cəhd etsələr də, bunun qarşısı alınıb.

Əliyevin sözlərinə görə, sərbəst toplaşmaq azadlığı Azərbaycanda məhz bu qanunla tənzimlənir.

"Bu qanuna görə, bu və ya digər tədbirin keçirilməsi şəhər və ya rayon icra hakimiyyətləri ilə razılaşdırılmalıdır. Əlbəttə, bu qanuna riayət olunursa, mən hesab etmirəm ki, bu kütləvi toplaşmaq azadlığının pozulmasıdır", - şöbə müdiri əlavə edib.

Onun fikrincə, Bakı şəhər İcra Hakimiyyətinin bu və ya digər toplantıya icazə verib-verməməsinin də kifayət qədər arqumentləri var.

Xəbər lenti

Xəbər lenti