...

Gürcüstan Parlamentinə 900 min dollar məbləğində ekspert və texniki yardım göstəriləcək

Siyasət Materials 21 İyul 2010 14:36 (UTC +04:00)
İyulun 21-də saat 15:00-da Gürcüstan Parlamentində BMT-nin İnkişaf Proqramının (UNDP) yeni təşəbbüsünün detalları məlum olacaq. Görüşdə qanunvericilik orqanın spikeri David Bakradze və proqramın Gürcüstandakı rəhbəri Ceymi Makqoldrik iştirak edəcək.
Gürcüstan Parlamentinə 900 min dollar məbləğində ekspert və texniki yardım göstəriləcək

Gürcüstan, Tbilisi, 21 iyul /Trend, müxbir N.Kirsxaliya/

İyulun 21-də saat 15:00-da Gürcüstan Parlamentində BMT-nin İnkişaf Proqramının (UNDP) yeni təşəbbüsünün detalları məlum olacaq. Görüşdə qanunvericilik orqanın spikeri David Bakradze və proqramın Gürcüstandakı rəhbəri Ceymi Makqoldrik iştirak edəcək.

Yeni təşəbbüs, Gürcüstan Parlamentinə onun konstitusiya səlahiyyətinin bütün dörd sahələrində köməyin göstərilməsini qarşısına məqsəd qoyur. Bunlar nümayəndəlik, qanunların hazırlanması, icraedici orqan üzərində nəzarət və ölkənin siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsidir.

Proqram Parlamentə dövlətin illik büdcə proseslərində effektiv və mütəmadi iştirak etməyə, yerli özünüidarəetmə üçün müvafiq demokratik qanunvericiliyi işləməyə və insan resurslarının tənzimlənməsi üzrə sistemi təkmilləşdirməkdə kömək edəcək.

Proqram Gürcüstan Parlamentinin Pribaltika, Skandinaviya və Şərqi Avropa ölkələrinin qanunvericilik orqanları ilə əməkdaşlığı dəstəkləyəcək.

Texniki və ekspert yardımı 2011-ci ilin sonunadək davam edəcək. Layihənin büdcəsi 270 000 dollar təşkil edir. Büdcənin gələcəkdə 900 min dollaradək artacağı ehtimal olunur.

BMT-nin İnkişaf Proqramının Parlamentlə əməkdaşlığı 2004-cü ildə başlayıb.

Xəbər lenti

Xəbər lenti