...

Gürcüstandan Moldovaya ilk humanitar yardım cümə günü yola salınacaq

Siyasət Materials 23 İyul 2010 12:15 (UTC +04:00)
Gürcüstan hökuməti daşqınların nəticələrinin aradan qaldırılması üçün Moldovaya yardım göstərəcək.
Gürcüstandan Moldovaya ilk humanitar yardım cümə günü yola salınacaq

Gürcüstan, Tbilisi, 23 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan hökuməti daşqınların nəticələrinin aradan qaldırılması üçün Moldovaya yardım göstərəcək. Gürcüstandan fəlakət zonasına ilk humanitar yardım və xilasedicilər cümə günü göndəriləcəklər.

Gürcüstan Prezidenti artıq Moldova Prezidentinin səlahiyyətlərinin icraçısı ilə telefonla söhbət edib və ona zərərçəkənlər üçün bir gürcü kəndi tikməyi təklif edib. Gürcüstan Moldovaya təyyarələrlə də kömək edəcək.

"Mən Moldova Prezidentinin səlahiyyətlərinin icraçısı ilə telefonla danışmışam. Bilirsiniz ki, Moldovada daşqın olub, həlak olanlar və zərərçəkənlər var. Bu ölkə bizim dostumuz və müttəfiqimizdir və biz mütləq onlara kömək etməliyik. Onlara zərərçəkənlər üçün bir gürcü kəndi tikməyi təklif etmişik və yaxın günlərdə xilasediciləri ora göndərəcəyik", - Mixeil Saakaşvili bildirib.

Eyni zamanda, Gürcüstanın gənclər və idman işləri üzrə nazir Lado Vardzelaşvili bəyan edib ki, onun idarəsi fəlakət zonasından olan 100 moldovalı uşaq üçün Anakliya gənclər düşərgəsində istirahət təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti