...

Azərbaycanın müxalif partiyaları daha üç dairədə vahid namizəd irəli sürməklə bağlı razılıq əldə ediblər

Siyasət Materials 19 Avqust 2010 15:29 (UTC +04:00)
Azərbaycanın müxalif Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları daha üç dairədə vahid namizəd irəli sürmək barədə qərar veriblər.
Azərbaycanın müxalif partiyaları daha üç dairədə vahid namizəd irəli sürməklə bağlı razılıq əldə ediblər

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları daha üç dairədə vahid namizəd irəli sürmək barədə qərar veriblər. Bu barədə cümə axşamı Trend-ə AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı bildirib.

"Bu gün Müsavat tərəfdən partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı, AXCP tərəfdən isə mənim iştirakım ilə görüş keçirildi. Görüşdə dairələr üzrə fikir mübadiləsi aparıldı və görüşün nəticəsi olaraq daha 3 dairə üzrə razılıq əldə olundu; razılaşdırılmış dairələrin sayı 70-dən 73-ə qalxdı", - Qəhrəmanlı əlavə edib.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər AXCP ilə Müsavatın birləşərək bir partiya olmasını təklif edib. Hazırda hər iki partiyanın birgə seçk bloku yaratması ətrafında danışıqlar gedir.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti