...

Azərbaycan Prezidenti məktəbəqədər təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmir edilməsi ilə əlaqədar sərəncam imzalayıb

Siyasət Materials 15 Sentyabr 2010 21:13 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü məktəbəqədər təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə sərəncam imzalayıb.
Azərbaycan Prezidenti məktəbəqədər təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmir edilməsi ilə əlaqədar sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü məktəbəqədər təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda qeyd olunur ki, məktəbəqədər təhsil müəssisələrinin əsaslı təmiri üçün 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın. İlk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmiri üçün 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn digər məsələlərin həlli tapşırılıb.

Xəbər lenti

Xəbər lenti