...

Azərbaycanda Silahlı Qüvvələrin təchizatı üçün yeni layihələr reallaşdırılacaq (FOTO)

Siyasət Materials 17 Dekabr 2010 18:13 (UTC +04:00)

Şəkillər əlavə olunub

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Silahlı Qüvvələrin təchizatı üçün yeni layihələr reallaşdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov nazirliyin yaranmasının ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirib.

"Yeni layihələr kimi raketlər, müxtəlif növ sursatlar, qumbaraatanlar və atıcı silahların istehsalının reallaşdırılması nəzərdə tutulur. Artıq proqram dövlət başçısına təqdim olunub", - nazir deyib.

Camalov deyib ki, ötən dövrdə Azərbaycan müəssisələrində istehsalı mənimsənilən məhsullar sırasında təlim və döyüş bombaları, minalar, uzaq məsafəli minaatanlar, snayper tüfənglər, döyüş maşınları üçün tırtırlar, "Matador" və "Marauder" tipli döyüş maşınları yer alıb. Eyni zamanda, zirehli transportyorların modernləşdirilməsi uğurla həyata keçirilir.

Gələn il MSN-in 4 beynəlxalq sərgidə iştirak edəcəyini vurğulayan Camalov deyib ki, müvafiq qurumlarla aparılan danışıqların nəticəsi olaraq universitetlərin birində nazirlik üçün kadrlar hazırlanacaq.

Nazir qeyd edib ki, növbəti illərdən etibarən regionların iqtisadi inkişafı üzrə dövlət proqramına uyğun olaraq nazirliyin regionlarda yerləşən müəssisələri də yenidən qurularaq fəaliyyətə başlayacaq.

Xəbər lenti

Xəbər lenti