...

Qabil Hüseynli Müsavatın Divanında da iştirak etməyib

Siyasət Materials 27 Dekabr 2010 18:09 (UTC +04:00)
Qabil Hüseynli Müsavatın Divanında da iştirak etməyib. Bu barədə bazar ertəsi Trend-ə Müsavat başqanının müavini Tofiq Yaqublu məlumat verib.
Qabil Hüseynli Müsavatın Divanında da iştirak etməyib

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir T.Hacıyev/

Qabil Hüseynli Müsavatın Divanında da iştirak etməyib. Bu barədə bazar ertəsi Trend-ə Müsavat başqanının müavini Tofiq Yaqublu məlumat verib.

"Qabil bəy Divanda niyə iştirak etməməsi barədə məlumat verməyib. Bəzən olur ki, bəzi Divan üzvləri müəyyən obyektiv səbəblərdən iştirak etmir. Düşünürəm ki, Qabil bəyin bu dəfə iştirak etməməsi onun son günlər açıqladığ mövqeyi ilə bağlıdır", - Yaqublu əlavə edib.

Müsavat fuksioneri son vaxtlar mətbuata Müsavat Partiyasından gedəcəyi ilə bağlı açıqlamalar verib. Hüseynli bazar günü partiyanın Məclisində də iştirak etməyib.

Yaqublu qeyd edib ki, toplantıda görülən işlər, qərarların icrası, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlər müzakirə edilib.

Gündəliyin partiyadaxili məsələ bölümündə Məclisin bir gün əvvəl keçirilmiş yığıncağı ilə əlaqədar fikir mübadiləsi aparılıb, Məclisin ruh yüksəkliyi şəraitində keçməsi müsbət qiymətləndirilib.

2011-ci il üçün fəaliyyət istiqamətləri, partiyanın 8-ci qurultayının keçirilməsi, 2011-ci ilin "Müsavat ili" elan edilməsi ilə bağlı Məclisdə qəbul edilmiş qərarların icrası ilə bağlı Divanın vəzifələri müəyyənləşdirilib və konkret tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti