...

NATO generalı Azərbaycana səfər edəcək

Siyasət Materials 14 Yanvar 2011 11:02 (UTC +04:00)
NATO rəsmisi yanvarın sonunda Azərbaycana rəsmi səfər edəcək.
NATO generalı Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir M.Əliyev/

NATO rəsmisi yanvarın sonunda Azərbaycana rəsmi səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu cümə günü Trend-ə bildirib ki, yanvarın 31-də NATO-nun Beynəlxaq Hərbi Qərargahının Əməkdaşlıq və Regional Təhlükəsizlik İdarəsinin direktoru, general-mayor Carlos Brankonun Azərbaycana rəsmi səfəri başlayacaq.

Fevralın 4-ə kimi davam edəcək səfər çərçivəsində Branko Azərbaycan Müdafiə Nazirliyində və digər rəsmi qurumlarda görüşlər keçirəcək.

Azərbaycanla NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində qoyulub. Azərbaycan bu proqramın ilk iştirakçıları sırasında ATƏT-ə üzv 27ölkədən biri olub.

1996-cı ilin aprel ayında qarşılıqlı əlaqələrin konkret istiqamətlərini müəyyən edən "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd imzalanıb. Hazırda bu proqrama uyğun olaraq, Azərbaycan ona həvalə olunmuş 50 tərəfdaşlıq tapşırığını yerinə yetirir.

2005-ci il avqustun 3-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət planının təsdiq olunması haqqında" fərman imzalayıb.

Hazırda "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı"nın ikinci mərhələsi çərçivəsində əməkdaşlıq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti