...

Budapeştdə macar alimin Azərbaycan haqqında kitabı nəşr olunacaq

Siyasət Materials 19 Yanvar 2011 21:54 (UTC +04:00)
Budapeştdə macar alimin Azərbaycan haqqında kitabı nəşr olunacaq. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycanın Macarıstandakı səfirliyindən bildirilib.
Budapeştdə macar alimin Azərbaycan haqqında kitabı nəşr olunacaq

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Budapeştdə macar alimin Azərbaycan haqqında kitabı nəşr olunacaq. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycanın Macarıstandakı səfirliyindən bildirilib.

Səfirliyin məlumatına görə, hazırda tarixçi alim Borbala Obruşanskanın Azərbaycana həsr edilmiş kitabı çap olunmaq üzrədir və kitabın yaxın zamanlarda macar oxuculara təqdim olunacağı, eyni zamanda, bu ilin fevral ayında Bakıda Macarıstan səfirliyində təqdimat mərasiminin keçiriləcəyi gözlənilir.

Son dövrlərdə Macarıstan mətbuatında Azərbaycan haqqında silsilə məqalələrlə çıxış edən Obruşanska öz ölkəsində Azərbaycanı daha yaxşı tanıtmaq üçün bir sıra işlər görüb.

Niderlandda nəşr olunan "Avrasiya Araşdırmaları Jurnalı"nın baş redaktor müavini Obruşanska Azərbaycan tarixi və mədəniyyətinin ardıcıl tədqiqatçısı və təbliğatçısıdır. 2010-cu ilin iyul ayında səfirlik tərəfindən xanım Obruşanskanın Azərbaycana səfəri təşkil edilib.

Səfər zamanı Obruşanska Azərbaycanın müxtəlif bölgələrini gəzib və bir sıra səmərəli görüşlər keçirib. Ölkəmizdən qayıtdıqdan sonra səfər təəssüratlarını macar oxucularla bölüşən Obruşanska "Naditaş" qəzetində "İpək yolunun canlandığı yer", "Turizmus Trend" jurnalının dekabr sayında "Azərbaycan xatirəsi", "Barikad" jurnalının yanvar sayında "Qafqazın bir hissəsi" başlıqlı məqalələrlə çıxış edib.

Bu məqalələrdə Azərbaycanın tarixi, mədəniyyəti və müasir vəziyyəti haqqında macar oxuculara ətraflı məlumat verilib.

Xəbər lenti

Xəbər lenti