...

Türkiyənin Baş naziri Heydər Əliyev adına liseyin təməlqoyma mərasimində iştirak edəcək

Siyasət Materials 18 May 2011 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend/

Mayın 20-də Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Sənaye Peşə Liseyinin təməlqoyma mərasimi keçiriləcək. Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyindən daxil olan məlumatda bildirilib.

Təməlqoyma mərasimində Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan iştirak edəcək.

Mayın əvvəlində Türkiyənin İğdır şəhərində də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan liseyin rəsmi açılışı olub. Mərasimdə Baş nazir Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Xəbər lenti

Xəbər lenti