...

Azərbaycanda siyasi partiyaların maliyyələşməsində Milli Məclisdə təmsilçilik əsas meyar kimi götürülməlidir - YAP

Siyasət Materials 16 İyun 2011 19:41 (UTC +04:00)
Azərbaycanda siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsində əsas meyar kimi partiyaların Milli Məclisdə təmsilçiliyi əsas götürülməlidir.
Azərbaycanda siyasi partiyaların maliyyələşməsində Milli Məclisdə təmsilçilik əsas meyar kimi götürülməlidir - YAP

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsində əsas meyar kimi partiyaların Milli Məclisdə təmsilçiliyi əsas götürülməlidir. Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, yerdə qalan digər meyarlar araşdırılarsa, çox ciddi qarışıqlıq yaranar.

Əhmədov bildirib ki, Azərbaycanda seçki sistemi majoritar qaydada həyata keçirilir, bunun özü də siyasi partiyaların fəaliyyətinə ciddi təsir göstərir.

"Bu amil mütləq şəkildə siyasi partiyaların maliyyələşdirilməsi məsələsi işlənərkən nəzərə alınmalıdır. Ən ədalətli və ən az sual doğuran forma Milli Məclisdə təmsilçilikdir. Partiyaların Milli Məclisdə təmsil olunması eyni zamanda həmin partiyaların xalq tərəfindən necə dəstəklənməsinin göstəricisidir", - partiya funksioneri bildirib.

Onun sözlərinə görə, siyasi partiyaların hansı prinsiplər əsasında fəaliyyət göstərməsi, onların fəaliyyət istiqamətlərinin müəyyənləşməsi məsələləri ciddi müzakirə olunmalıdır.

Siyasi partiyaların Azərbaycanın müasir inkişafına uyğun fəaliyyət göstərməli olduğunu deyən Əhmədov bildirib ki, bu gün Azərbaycanda siyasi partiyaların bir neçəsi fəaliyyət göstərə bilir.

"Lakin çoxlu sayda siyasi partiya var ki, onlar fəaliyyət göstərmir və demək olar ki, onların belə potensialı da yoxdur. Biz siyasi partiyalar haqqında yeni qanun qəbul etməklə Azərbaycanda siyasi partiyalar haqqında təsəvvürləri də müasirləşdirməliyik", - icra katibi deyib.

Xəbər lenti

Xəbər lenti