...

Azərbaycanlı deputatın layihələri AŞPA-nın komitə iclaslarında müzakirə olunacaq

Siyasət Materials 2 Dekabr 2011 18:26 (UTC +04:00)
Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynovun qurumun komitə iclaslarında məruzə layihələri müzakirə olunacaq.
Azərbaycanlı deputatın layihələri AŞPA-nın komitə iclaslarında müzakirə olunacaq

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynovun qurumun komitə iclaslarında məruzə layihələri müzakirə olunacaq. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin mətbuat xidmətinin cümə günü yaydığı məlumatda bildirilir.

Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm və təhsil komitəsinin Mədəni irs üzrə alt komitəsinin iclasında mədəni irsin qorunmasına dair bir sıra məsələlər müzakirə ediləcək. Komitənin geniş iclasında isə muzey mükafatı, idmanda müsbət idarəçilik və etika, internet və onlayn mediada söz və informasiya azadlığının qorunması, insanların mədəni həyatda iştirak hüququ mövzularında müzakirələr aparılacaq.

İclasda deputat Rafael Hüseynov hazırladığı "Avropada ali təhsil məkanının coğrafi vahidliyi və beynəlxalq aləmə açıqlığı" mövzusunda məruzə layihəsini təqdim edəcək. Sonra məruzənin tamamlanmış olan ilkin mətni komitə iclasında səsverməyə qoyulacaq.

Qurumun Hüquqi işlər və insan hüquqları komitəsində isə "İnsan haqları və ailə məhkəmələri", "Əhalinin yerdəyişməsi insan haqlarının pozuntusu kimi" məsələlərə baxılacaq. Daha sonra AŞPA-nın ötən iclasında "Avropa Şurasının üzvü olmayan ölkələrin AŞ konvensiyalarına qoşulması haqqında" mövzu üzrə məruzəçi təyin edilmiş Azərbaycan Parlamentinin nümayəndəsi Rafael Hüseynovun həmin məsələ ilə əlaqədar hazırladığı ilkin layihə nəzərdən keçiriləcək.

Millət vəkili AŞPA-nın hər iki komitəsinin iclasında müzakirəyə çıxarılacaq sənədlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcək.

Komitə iclasları dekabrın 4-dən 16-dək Fransanın paytaxtı Parisdə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti