...

Azərbaycanda mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqları artırıldı

Siyasət Materials 7 Dekabr 2011 18:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Azərbaycanda mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqları artırıldı

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti