...

"Erməni soyqırımı" ilə bağlı qanun ləğv olunarsa, Sarkozi yeni qanun təqdim edə bilər

Siyasət Materials 1 Fevral 2012 20:43 (UTC +04:00)
Fransa Prezidenti Nikola Sarkozinin Konstitusiya Şurası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv edəcəyi təqdirdə, bu istiqamətdə dərhal yeni bir qanun hazırlanmasını istəyəcəyi bildirilir.
"Erməni soyqırımı" ilə bağlı qanun ləğv olunarsa, Sarkozi yeni qanun təqdim edə bilər

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir M.Salmanov/

Fransa Prezidenti Nikola Sarkozinin Konstitusiya Şurası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv edəcəyi təqdirdə, bu istiqamətdə dərhal yeni bir qanun hazırlanmasını istəyəcəyi bildirilir. Bu barədə çərşənbə günü Trend Türkiyənin "Zaman" qəzetinə istinadən məlumat verir.

Qəzetin yazıdığına görə, bu barədə Fransa KİV-i iki yerli nazirə istinadən məlumat verib.

Məlumata əsasən, bu gün nazirlərin iştirakı ilə keçirilən iclasda Sarkozi, Konstitusiya Şurası adıçəkilən qanunu ləğv edərsə, hökumət üzvlərinə yeni qanun təqdim etmək istədiyini bildirib.

Fransa Prezidenti iclas zamanı qanunu dəstəkləməyən nazirləri tənqid edərək, onları "gələcəyi görməməkdə" təqsirləndirib.

Onun sözlərinə görə, Konstitusiya Şurası qanunu ləğv edərsə, yəhudi soyqırımının inkarının cinayət sayılması haqqında qanun da sorğu-sual təhlükəsi ilə üzləşə bilər.

Fransalı senatorlar qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun ləğv edilməsi tələbi üçün lazımi sayda imza toplayıblar.

Senatorlar yanvarın 31-də lazım olan 60 imza əvəzinə 70 imza toplayıblar, bununla da onlar dünən Konstitusiya Şurasına müraciət ediblər.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Fransa Senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti