...

Türkiyə XİN rəhbəri ABŞ Konqresində Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Siyasət Materials 10 Fevral 2012 11:45 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu amerikalı konqresmenlərlə regional problemləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Türkiyə XİN rəhbəri ABŞ Konqresində Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Azərbaycan, Bakı, 10 fevral / Trend, müxbir A.Tağıyeva /

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu amerikalı konqresmenlərlə regional problemləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "İhlas" agentliyi məlumat verib.

Görüşdə ərəb ölkələrindəki inqilablarla əlaqədar proseslər, İranın nüvə proqramı və Türkiyə-ABŞ əlaqələri barədə fikir mübadiləsi aparılıb.

Türkiyə XİN rəhbərinin ABŞ-a səfəri dünən başlayıb. Davudoğlunun ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşəcəyi də gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti