...

ABŞ Dövlət Departamenti: İranın nüvə probleminin diplomatik yolla həlli imkanları azalır

Siyasət Materials 17 Mart 2012 12:19 (UTC +04:00)
İrana təzyiq üçün vasitə və sanksiyalar hələ tükənməyib.
ABŞ Dövlət Departamenti: İranın nüvə probleminin diplomatik yolla həlli imkanları azalır

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir S.İsayev/

İrana təzyiq üçün vasitə və sanksiyalar hələ tükənməyib. Bu barədə ABŞ Dövlət Departamentinin İran üzrə rəsmi nümayəndəsi Alan Eyr bəyan edib.

Eyr Trend-in Fars xəbərlər xidmətinin rəhbəri Dalğa Xatınoğlu, habelə "Radio Farda" və "Amerikanın Səsi"nin nümayəndələrinin dəvət edildiyi onlayn sessiyada iştirak edib.

İrana qarşı sanksiyalar haqqında sualı cavablandırarkən Dövlət Departamentinin nümayəndəsi deyib ki, ABŞ sanksiyaları İrana qarşı istifadə edib, lakin İranın nüvə proqramının dayandırılmasına yönəlmiş Tehrana təzyiq vasitələri hələ tükənməyib.

"Biz bu problemi diplomatik yolla həll etmək istəyirik, lakin diplomatik pəncərə tədricən bağlanır", - Eyr qeyd edib.

İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı haqqında sualı cavablandıran Eyr bildirib ki, əgər ölkə özünün nüvə proqramının sülh xarakterli olduğunu sübut etmək istəyirsə, Tehranın başqa seçimi yoxdur.

"İran indiyə qədər iddia edirdi ki, nüvə proqramı dinc xarakter daşıyır, əgər bu belədirsə, niyə İran BAEA ilə əməkdaşlıq etmir? Sanksiyalar İran hökumətinə yönəlib, lakin sanksiyaların təsirini İran vətəndaşları da hiss edirlər. Bizim başqa seçimimiz yoxdur", - Eyr qeyd edib.

Fotoda soldan sağa:

1. Alan Eyr, ABŞ Dövlət Departamentinin nümayəndəsi
2. Dalğa Xatınoğlu, Trend-in Fars xəbərlər xidmətinin rəhbəri
3. Məryəm Mürtəzəvi, "Amerikanın Səsi"
4. Kambiz Hüseyni, "Amerikanın Səsi"nin aparıcısı
5. Ümid Memarian, bloqer və jurnalist
6. Niuşa Buqrati, "Radio Farda"

Xəbər lenti

Xəbər lenti