...

ABŞ Dövlət Departamenti Azərbaycanın aerodromlarının İsrailə verilməsi haqqında məlumata malik deyil

Siyasət Materials 3 Aprel 2012 11:04 (UTC +04:00)
ABŞ İsrailin Azərbaycanın bəzi hərbi aerodromlarından istifadə etmək hüququ əldə etməsinə dair məlumatlara malik deyil.
ABŞ Dövlət Departamenti Azərbaycanın aerodromlarının İsrailə verilməsi haqqında məlumata malik deyil

Azərbaycan, Bakı, 3 aprel / Trend, müxbir E.Tariverdiyeva /

ABŞ İsrailin Azərbaycanın bəzi hərbi aerodromlarından istifadə etmək hüququ əldə etməsinə dair məlumata malik deyil. Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nulənd brifinqdə bəyan edib.

"Mən bunu təsdiqləyəcək heç bir informasiyaya malik deyiləm", - DD-nin saytı Nuləndin dediklərindən sitat gətirir.

Daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi bir sıra xarici KİV-in Azərbaycan ərazisindəki hansısa aerodromların istifadə olunması üçün xarici dövlətə verilməsinə dair məlumatı təkzib edib.

İsrailin bir sıra KİV-i "Foreign Policy" jurnalına istinadən Azərbaycanın İranla sərhəd ərazisində yerləşən aeroportları guya İsrailə icarəyə verdiyi barədə məlumatlar yayıblar.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə bildirib ki, Azərbaycan dövlətinin ərazisindən İrana qarşı heç vaxt istifadə olunmayıb, olunmur və olunmayacaq.

Xəbər lenti

Xəbər lenti