...

İranda Xəzər dənizinin suyundan istifadəsinə dair qəbul olunan qanun ləğv edilə bilər

Siyasət Materials 26 İyun 2012 12:48 (UTC +04:00)
İran parlamentinin spikeri Əli Laricani İranın mərkəzi vilayətlərinə Xəzər dənizindən suyun göndərilməsi layihəsinin reallaşdırmasını dayandırmaq xahişi ilə prezident Mahmud Əhmədinejada məktub göndərib. Trend-in məlumatına görə, bu barədə “Shomal News” xəbər verir.
İranda Xəzər dənizinin suyundan istifadəsinə dair qəbul olunan qanun ləğv edilə bilər

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbirlər M.Müəzzi, E.Tarıverdiyeva/

İran Parlamentinin spikeri Əli Laricani İranın mərkəzi vilayətlərinə Xəzər dənizindən suyun göndərilməsi layihəsinin reallaşdırmasını dayandırmaq xahişi ilə prezident Mahmud Əhmədinejada məktub göndərib. Trend-in məlumatına görə, bu barədə "Shomal News" xəbər verir.

Laricani öz məktubunda Xəzərdən suyun göndərilməsi layihəsində hökumətin fəaliyyətində iki hüquqi problemin olduğunu açıqlayır.

Əvvəla, hökumət tərəfindən layihənin maliyyələşdirilməsi ötən il büdcədə müəyyən olunmuş həddi keçir. İkincisi, administrasiyanın layihə ilə bağlı tenderləri ləğv etməsi qanuna ziddir.

Xəzər dənizindən suyun göndərilməsi layihəsi ildə 500 milyon kubmetr duzdan təmizlənmiş suyun İranın mərkəzi vilayətlərinə göndərilməsini nəzərdə tutur.

Qeyd etmək lazımdır ki, son həftələrdə Ali Auditor Məhkəməsi və ölkənin digər nəzarət orqanlarında bu layihə ilə bağlı Energetika Nazirliyinə bir sıra suallar ortaya çıxıb.

Xəbər lenti

Xəbər lenti