...

Kolumbiya Senatının nümayəndə heyəti Azərbaycana səfər edəcək

Siyasət Materials 30 İyun 2012 11:50 (UTC +04:00)
Kolumbiya Senatının Birinci Konstitusiya Komitəsinin sədri Alexandro Merono Pirakivenin başçılıq etdiyi nümayəndə heyəti gələn həftə Azərbaycana səfər edəcək.
Kolumbiya Senatının nümayəndə heyəti Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir M.Əliyev/

Kolumbiya Senatının Birinci Konstitusiya Komitəsinin sədri Alexandro Merono Pirakivenin başçılıq etdiyi nümayəndə heyəti gələn həftə Azərbaycana səfər edəcək. Bu barədə şənbə günü Trend-ə Milli Məclisdən məlumat verilib.

Səfər zamanı senatorlar Azərbaycan Parlamentində görüşlər keçirəcək, iki ölkənin əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edəcəklər.

Alexandro Moreno Pirakive Kolumbiya Senatında 2012-ci ilin mart ayında qəbul edilmiş Azərbaycan Respublikası ərazisinin işğal edilməsi və Xocalı soyqırımı barədə qətnamələrin müəllifidir.

Xəbər lenti

Xəbər lenti