...

İlham Əliyev İmişlidə taxıl anbarı kompleksinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 28 Oktyabr 2012 16:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar günü İmişlidə “Kraun KO” taxıl anbarı kompleksinin açılışında iştirak edib.
İlham Əliyev İmişlidə taxıl anbarı kompleksinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bazar günü İmişlidə "Kraun KO" taxıl anbarı kompleksinin açılışında iştirak edib.

Məlumat verilib ki, "Kraun KO" taxıl anbarı kompleksi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq İmişli rayonunun Şahverdili kəndi ərazisində inşa olunub. Anbar ən müasir avadanlıqla təchiz edilib. Kompleksin ümumi dəyəri 7,3 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 4 milyon manat güzəştli kredit verilib. Kompleksin tikintisinə ötən ilin aprelində başlanılıb, bu ilin oktyabrında başa çatdırılıb.

Anbar ilə tanışlıq zamanı məlumat verildi ki, müəssisə Türkiyənin "OBİ" şirkətinin texnologiyası əsasında qurulub. 50 min tonluq taxıl anbarı hər birinin tutumu 8,3 min ton olmaqla 6 silodan ibarətdir. Kompleks təmizləmə, qurutma və havalandırma sistemləri ilə təchiz edilib. Buraya gətirilən taxıl əvvəlcə tərəzidə çəkilir, sonra açıq-qapalı kompressora, daha sonra isə şneklər vasitəsilə birinci anbara ötürülür. Taxıl təmizləndikdən sonra dərmanlanır və ikinci anbara nəql olunur. Taxılın təmizlənməsi və yuyulması üçün ərazidə su çəni quraşdırılıb. Müasir texnologiyanın tətbiqi yolu ilə kompleksdə taxıl məhsullarını uzun müddət ərzində itkisiz saxlamaq mümkündür. Buraya ayrıca dəmir yolu xətti də çəkilib. Müəssisə tərəfindən kompleksin xammal bazasının təmin edilməsi məqsədi ilə 43,5 min hektar ərazidə əkin işləri aparılır. Əkin işlərinin aparılması üçün müasir texnika və avadanlıq da alınıb. Anbarın ətrafı abadlaşdırılıb, geniş yaşıllıq zolağı salınıb.

Prezident İlham Əliyev müəssisəni işə saldı.

Qeyd olundu ki, ofis binasında da işçilərin rahat fəaliyyəti üçün hər cür şərait yaradılıb. Layihənin həyata keçirilməsi respublikada taxılçılığın inkişafına təkan verməklə il boyu əhalinin keyfiyyətli ərzaq buğdası ilə təmin olunmasına imkan verəcək. Kompleksin inşası kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına təkan verməklə bərabər, yeni iş yerlərinin açılmasına kömək edəcək. Hazırda müəssisədə 50 nəfər çalışır.

Dövlətimizin başçısı taxıl anbarı kompleksində yaradılmış şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti