...

Sergey Şoyqu MDB Müdafiə Nazirləri Şurasının sədri seçilib

Siyasət Materials 11 Dekabr 2012 11:45 (UTC +04:00)
RF müdafiə naziri, ordu generalı Sergey Şoyqu çərşənbə axşamı MDB Müdafiə Nazirləri Şurasının sədri seçilib.
Sergey Şoyqu MDB Müdafiə Nazirləri Şurasının sədri seçilib

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

RF müdafiə naziri, ordu generalı Sergey Şoyqu çərşənbə axşamı MDB Müdafiə Nazirləri Şurasının sədri seçilib. Trend-in RİA Novosti-yə istiadən verdiyi məlumata görə, bu qərar Şuranın Moskvada keçirilən 63-cü iclasında qəbul edilib.

Şoyqunun namizədliyini Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev irəli sürüb. Təklif iclasın iştirakçıları olan digər nazirlər tərəfindən dəstəklənib.

İclasda Şoyqunun MDB Müdafiə Nazirləri Şurasının sədri təyin edilməsini təşkilatın katibi, general-leytenant Aleksandr Sinayski elan edib.

MDB Müdafiə Nazirləri Şurasının sədri üçillik müddətə seçilir. Lakin bir qayda olaraq, bu postu müdafiə naziri olan şəxs tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti