...

Səməd Seyidov: Avropa Şurası bir daha sübüt etdi ki, Azərbaycan ilə konstruktiv əməkdaşlığa hazırdır

Siyasət Materials 26 Yanvar 2013 13:55 (UTC +04:00)
Avropa Şurası öz Parlament Assambleyasının qış sessiyasında bir daha sübüt etdi ki, Azərbaycan ilə konstruktiv əməkdaşlığa hazırdır. Trend-in məlumatına görə, bunu Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin sədri, qurumun vitse-prezidenti Səməd Seyidov şənbə günü keçirdiyi mətbuat konransında deyib.
Səməd Seyidov: Avropa Şurası bir daha sübüt etdi ki, Azərbaycan ilə konstruktiv əməkdaşlığa hazırdır

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir M.Əliyev/

Avropa Şurası öz Parlament Assambleyasının qış sessiyasında bir daha sübüt etdi ki, Azərbaycan ilə konstruktiv əməkdaşlığa hazırdır. Trend-in məlumatına görə, bunu Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin sədri, qurumun vitse-prezidenti Səməd Seyidov şənbə günü keçirdiyi mətbuat konransında deyib.

"Bu uğur tək Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin deyil, Azərbaycanın həyata keçirdiyi, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin uğurudur. AŞ PA-da müzakirələr bir daha göstərdi ki, Azərbaycana qarşı bu kimi cəhdlər artıq Avropanın özünə təhlükə yaratdığı üçün Avropa tərəfindən rədd olunur", - Seyidov bildirib.

O qeyd edib ki, Ştrasserin məruzəsi ilə hiyləgər məqsədlərə xidmət etməklə Azərbaycana təsir göstərmək üçün insan haqları, demokratiya kimi ali dəyərlərdən istifadə etmək cəhdi göstərildi.

Seyidov bildirib ki, bu gün Azərbaycan Parlamentinin dostluq qruplarının sayı, onun nüfuzu kifayət qədər artıb.

"AŞ PA-nın qış sessiyasından əvvəlki dövrdə Rusiya, Ukrayna, Moldova, Fransa, Böyük Britaniya, İtaliya və bir sıra digər ölkələrin parlamentləri ilə müxtəlif səviyyələrdə Azərbaycanın mövqeyinin çatdırılması ilə bağlı işlər görülüb", - o deyib.

Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin sədr müavini Əli Hüseynli bildirib ki, məruzəçilərdən Aqramuntun "Ermənistan Azərbaycanın torpaqlarının işğalçısıdır" deməsi həmin məruzəçilərə qarşı təzyiqlərin göstərilməsinə səbəb olub.

Hüseynli qeyd edib ki, Azərbaycanda siyasi məhbus yoxdur, bu, sadəcə Ştrasserin təfəkküründə, düşüncəsində olan məsələdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti