...

Aclıq elan edən Ermənistan prezidentliyinə namizədin səhhəti pisləşib

Siyasət Materials 6 Fevral 2013 14:39 (UTC +04:00)
Ermənistan prezidentliyinə namizəd Andreas Qukasyanın səhhəti bu gün pisləşib.
Aclıq elan edən Ermənistan prezidentliyinə namizədin səhhəti pisləşib

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Ermənistan prezidentliyinə namizəd Andreas Qukasyanın səhhəti bu gün pisləşib. Trend-in çərşənbə günü Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, hazırda həkimlər Qukasyanı müayinə edirlər.

Namizədin təzyiqi düşüb. Həkimlər Qukasyanı aclığı dayandırmağa çağırsalar da, o imtina edib.

Qukasyanın seçkiqabağı qərargahının koordinatoru Armen Qriqoryan deyib ki, bir müddət sonra bu barədə xüsusi bəyanat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti