...

Türkiyə XİN: Türkiyə nüvə silahının yaradılmasının əleyhinədir

Siyasət Materials 27 Fevral 2013 11:15 (UTC +04:00)
"Türkiyə hər hansı bir ölkənin nüvə silahının yaratmasının əleyhinədir".
Türkiyə XİN: Türkiyə nüvə silahının yaradılmasının əleyhinədir

Azərbaycan, Bakı, 27 fevral /müxbir. Trend A.Tağıyeva/

"Türkiyə hər hansı bir ölkənin nüvə silahının yaratmasının əleyhinədir".

Trend-in çərşənbə günü "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

XİN rəhbərinin sözlərinə görə, Türkiyə dinc məqsədlər üçün nəzərdə tutulmuş nüvə texnologiyasının yaradılmasını dəstəkləyir.

"Türkiyə İranın BAEA şərtləri çərçivəsində dinc məqsədlər üçün nəzərdə tutulmuş nüvə texnologiyalarının yaratmasını dəstəkləyir", - Davudoğlu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti