...

Politoloq: Serj Sərkisyanın Vladimir Putinin adından yalan danışdığı aşkarlandı

Siyasət Materials 3 Aprel 2013 13:53 (UTC +04:00)
Ermənistan prezidenti Serj Sərkisyanın Rusiya prezidenti Vladimir Putinin adından yalan danışdığı aşkarlandı. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib.
Politoloq: Serj Sərkisyanın Vladimir Putinin adından yalan danışdığı aşkarlandı

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir E.Mehdiyev/

Ermənistan prezidenti Serj Sərkisyanın Rusiya prezidenti Vladimir Putinin adından yalan danışdığı aşkarlandı. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib.

"Serj Sərkisyanın dediyinə görə, Rusiya prezident Vladimir Putin ondan az sonra Abxaziya "prezidenti" Aleksandr Ankvabla gürcü-abxaz dəmiryolunun açılmasının müzakirə edib. Putinin ətrafından Sərkisyana bildiriblər ki, gürcü-abxaz dəmiryolunun açılması Ankvabla müzakirə olunub, hər şey yaxşıdır", - politoloq deyib.

Onun sözlərinə görə, üstündən bir neçə gün keçmiş Ankvab Putinlə görüşündə gürcü-abxaz dəmir yolunun açılması müzakirə olunmadığını bildirdi.

"Bu məsələ qeyri-rəsmi şəkildə onun diqqətinə çatdırılıb və o heç kimə "semafor işarəsi" verməyib. Başqa sözlə, Ankvab gürcü-abxaz dəmir yolunun açılmasını indiki zamanda Abxaziyanın gündəliyində olmadığını bildirdi. Sərkisyanın Putinin adından yalan danışdığı ilk dəfə deyil; dövlət rəhbərlərinin adından həmin dövlətin məmurlarına və ya bir dövlətin başçısının adından başqa bir dövlətin başçısına yalanlar danışması siyasətdə Sərkisyanın "qızıl gedişi"dir", - Əhmədoğlu deyib.

O bildirib ki, Sərkisyanın yalan danışmasının daha bir nümunəsi aşkarlandı. Ermənistandakı prezident seçkilərinin Avropa müşahidəçiləri tərəfindən müsbət rəyini aldıqdan sonra yenidən Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyana qarşı cinayət işi məsələsini gündəliyə gətirdilər.

"Ermənistanın Milli Təhlükəsizlik Xidməti Oskanyanın rəhbərlik etdiyi "Sivilitas" fondundan sənədləri tələb etdi. Sərkisyanın bu mövzuda davranışı Aİ üzvü olan ölkələrin Ermənistandakı səfirlərini ciddi həyəcanlandırdı. ABŞ-ın və Almaniyanın Ermənistandakı səfirlərinin bu məsələyə münasibət bildirmək məqsədilə keçirdiyi mətbuat konfransında səslənən bəzi fikirləri hətta təhqir kimi də başa düşmək mümkün idi. S.Sərkisyan prezident seçkilərində Qərbin dəstəyinin almaq üçün onların qarşısında müəyyən vədlər vermişdi. İndi bu vədlərini danır", - Əhmədoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti