...

İranda prezident seçkiləri ilə bağlı sərhədlərə nəzarət gücləndirilir

Siyasət Materials 23 Aprel 2013 11:19 (UTC +04:00)
Prezident seçkiləri öncəsi sərhədlərə nəzarəti gücləndirmək məqsədi ilə sərhəd zonasında yaşayan yerli sakinlərdən sərhədçi köməkçiləri işə götürüləcək.
İranda prezident seçkiləri ilə bağlı sərhədlərə nəzarət gücləndirilir

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir, T. Cəfərov/

Prezident seçkiləri öncəsi sərhədlərə nəzarəti gücləndirmək məqsədi ilə sərhəd zonasında yaşayan yerli sakinlərdən sərhədçi köməkçiləri işə götürüləcək. Bunu İranın Sərhəd Qoşunlarının komandirinin əməliyyatlar üzrə müavini general Həmid Şərəfi deyib. Trend-in məlumatına görə, bu barədə MEHR xəbər agentiyi məlumat verir.

Şərəfi deyib ki, sərhəd zonasında yaşayan əhaliyə lazimi təlimləri keçdikdən sonra onlar sərhədçilərin köməkçisi kimi işə götürüləcək. "Sərhədçi köməkçisi olan yerli sakinlərin özünə məxsus öhdəlikləri olacaq və sərhəddə həmin öhdəlikləri yerinə yetirəcəklər", - Şərəfi bildirib.

Şərəfinin sözlərinə görə, artıq ilk belə sərhədçi köməkçiləri yaxın vaxtlarda ölkənin şərq sərhədlərində öz işinə başlayıb.

O əlavə edib ki, digər sərhədlərdə də əhalinin sərhədçilərə kömək etməsi proqramı çərçivəsində şəxslərin seçilməsi işləri davam etdirilir.

Şərəfi, həmçinin ölkənin dəniz sərhədlərində də sərhədçilərin həm texniki və həm də siravi baxımdan gücləndirilməsinin nəzərdə tutulduğunu deyib.

O, həmçinin dağlıq zonalarda da sərhədçilərin sayının artırıldığını bildirib.

Qeyd edək ki, İranda növbəti prezident seçkilərinin bu il iyunun 14-də keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti