...

Avropa Şurasının insan hüquqları üzrə komissarı gələn ay Azərbaycana səfər edəcək

Siyasət Materials 25 Aprel 2013 20:07 (UTC +04:00)
Bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieks çıxış edib. O, çıxışdan sonra millət vəkillərinin suallarını cavablandırıb.
Avropa Şurasının insan hüquqları üzrə komissarı gələn ay Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieks çıxış edib. O, çıxışdan sonra millət vəkillərinin suallarını cavablandırıb.

Trend-in məlumatına görə, Azərbaycanın millət vəkili Qənirə Paşayeva insan hüquqları üzrə komissara Ermənistanın Azərbaycan torpaqlarını işğalı etməsi zamanı öz torpağından və evindən qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların Ermənistan tərəfindən pozulan hüquqları ilə bağlı sual verib.

"Hesab edirəm ki, dondurulmuş adlandırılan münaqişələr nəticəsində öz ölkələri daxilində məcburi köçkün vəziyyətinə düşən insanların vəziyyəti daha acınacaqlıdır və onların hüquqları daha az qorunur. Belə vəziyyət Avropa Şurasına üzv ölkələr arasında yalnız Cənubi Qafqaz bölgəsində deyil, Balkanlar kimi digər ölkələrdə də müşahidə olunur. Mən, belə desək, bu "unudulmuş nəslin" hüquqlarına dair ayrıca məqalə də həsr etmişəm və bu məsələni diqqət və həyəcanla izləyirəm. Hər zaman qaçqın və məcburi köçkün həyatı yaşamış bu nəsil normal həyat yaşamamış, normal təhsil görməmişdir və təbii ki, biz belə insanları unutmamalıyıq. Biz onların problemlərinin həll olunması üçün birgə işləməliyik. Onu deyə bilərəm ki, bu yaxınlarda Cənubi Qafqaz bölgəsinə səfər edəcəyəm. Mayın sonlarına doğru Azərbaycana səfər edəcəyəm, daha sonra Ermənistanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində bu ölkəyə də səfərim olacaq. Hər iki ölkədə görüşəcəyim hakimiyyət və qeyri-hökumət strukturları ilə bu barədə müzakirələr aparacağımıza ümid edirəm. Bundan başqa, öz ölkələri daxilində məcburi köçkün vəziyyətinə düşmüş insanların özləri ilə də görüşməyi çox istərdim. Hesab edirəm ki, biz bu insanlara bütün lazımi siyasi və mənəvi yardımlarımızı əsirgəməməliyik", - Muiznieks millət vəkilinin sualına cavabında deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti