...

Qoşulmama Hərəkatı BMT BA-nı silahsızlaşdırma ilə bağlı iclas keçirməyə çağırıb

Siyasət Materials 28 Aprel 2013 10:44 (UTC +04:00)
İranın Qoşulmama Hərəkatı BMT BA-nı silahsızlaşdırma ilə bağlı iclas keçirməyə çağırıb. Trend-in məlumatına görə, bunu İranın BMT-dəki daimi nümayəndəsi və BMT-dəki Qoşulmama Hərəkatı qrupunun rəhbəri Məhəmməd Xəzai təşkilat üzvlərinin silahsızlaşdırma ilə bağlı keçirilən iclasında deyib.
Qoşulmama Hərəkatı BMT BA-nı silahsızlaşdırma ilə bağlı iclas keçirməyə çağırıb

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Qoşulmama Hərəkatı BMT BA-nı silahsızlaşdırma ilə bağlı iclas keçirməyə çağırıb. Trend-in məlumatına görə, bunu İranın BMT-dəki daimi nümayəndəsi və BMT-dəki Qoşulmama Hərəkatı qrupunun rəhbəri Məhəmməd Xəzai təşkilat üzvlərinin silahsızlaşdırma ilə bağlı keçirilən iclasında deyib.

Xəzai Qoşulmama Hərəkatı adından BMT BA-nın prezidenti Vuk Eremiçlə görüşüb və sentyabrda təşkilatın Baş Assambleyasının iclasının keçirilməsinin vacibliyi haqqında danışıb.

O, Eremiçi BMT-nin genişləndirilmiş iclasının keçirilməsini təşkil etməyə çağırıb.

Bununla yanaşı, Xəzai dünyada nüvə silahlarının bir neçə iri dövlətin əlində olduğunu deməklə, silahsızlaşdırmanın vacibliyini önə çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti