...

Azərbaycan və Yunanıstan ticarət dövriyyəsinin həcmini bir milyard ABŞ dollarına qədər artırmaq niyyətindədir

Siyasət Materials 30 Aprel 2013 14:02 (UTC +04:00)
Azərbaycan və Yunanıstan ticarət dövriyyəsinin həcmini bir milyard ABŞ dollarına qədər artırmaq niyyətindədir.
Azərbaycan və Yunanıstan ticarət dövriyyəsinin həcmini bir milyard ABŞ dollarına qədər artırmaq niyyətindədir

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir S. Ağayeva/

Azərbaycan və Yunanıstan ticarət dövriyyəsinin həcmini bir milyard ABŞ dollarına qədər artırmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov yunanıstanlı həmkarı ilə keçirilən danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

"Danışıqlar yaxşı səviyyədə keçdi. Biz ticarət dövriyyəsinin bir milyard ABŞ dollarına çatdırılması imkanlarını müzakirə etdik", - nazir bildirib.

Onun sözlərinə görə, tərəflər Avropa İttifaqında Yunanıstanın sədrliyini nəzərə alaraq gələcək əməkdaşlığı müzakirə ediblər.

"Həmçinin energetika sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub", - Məmmədyarov bildirib.

Yunanıstan XİN rəhbəri Dimitris Avrampulosun sözlərinə görə, Azərbaycanın müstəqillik əldə etməsindən sonra iki ölkənin əməkdaşlıq etdiyi müddət 20 ili ötür və bu səfər xüsusi xarakter daşıyır.

"Biz effektiv danışıqlar apardıq, beynəlxalq münasibətlər, Avropa İttifaqında gələcək sədrlik zamanı Yunanıstanın prioritetlərini müzakirə etdik", - Avrampulos bildirib.

Yunanıstan XİN rəhbəri dünən ikigünlük səfərlə Bakıya gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti