Azərbaycan, Bakı, 14 avqust /Trend/
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Sammiti çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Erlan Abdıldayev ilə görüş keçirib.
XİN-in mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sədrliyin Qırğız Respublikasından Azərbaycan Respublikasına keçməsi, rəsmi Bişkekin sədrliyi dövründə görülmüş işlər, eləcə də təşkilat daxilində əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində Azərbaycanın sədrliyi dövründə görülməsi nəzərdə tutulan işlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin Azərbaycanla Qırğız Respublikası arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub. Hər iki nazir beynəlxalq təşkilatlar çərçivəsində ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdar olduqlarını diqqətə çatdırıb.