...

ATƏT-in insan haqlarına dair illik konfransı Varşavada öz işinə başlayacaq

Siyasət Materials 20 Sentyabr 2013 13:34 (UTC +04:00)
ATƏT-in insan haqlarına dair illik konfransı sentybarın 23-də Polşanın paytaxtı Varşavada öz işinə başlayacaq.
ATƏT-in insan haqlarına dair illik konfransı Varşavada öz işinə başlayacaq

Azərbaycan, Bakı, 20 sentyabr / Trend, müxbir S.Əhmədova /

ATƏT-in insan haqlarına dair illik konfransı sentyabrın 23-də Polşanın paytaxtı Varşavada öz işinə başlayacaq. Trend-in məlumatına görə, bu barədə ATƏT-in rəsmi internet səhifəsində bildirilib.

Məlumatda qeyd olunur ki, sözügedən konfransda ATƏT-ə üzv ölkələri və tərəfdaş ölkələri təmsil edən 1000 nəfər hökümət nümayəndələri və vətəndaş cəmiyyəti fəalları insan haqqları və demokratiya sahəsində hökümətlər tərəfindən qəbul olunan öhdəliklərin icrasını nəzərdən keçirəcəklər.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) tərəfindən təşkil olunan konfransda ifadə azadlığı, azad mətbuat və informasiya, hərəkət azadlığı və digər fundamental azadlıqlar, qarşılıqlı hörmət və anlaşmanın təbliği, qanunun aliliyi, gender bərabərliyi və insan alverinə qarşı mübarizə sahəsində üzv ölkələrin götürdüyü öhdəliklərin icrası nəzərdən keçiriləcək.

Bu il keçirilən toplantıda din azadlığı, azad toplaşma, demokratik seçkilər və
seçki müşahidəsi üzrə xüsusi sessiyaların keçirilməsi nəzərdə tutulub.

Görüş dekabr ayında Kiyev şəhərində keçiriləcək ATƏT-in xarici işlər nazirlərinin illik toplantısı ərəfəsində ATƏT-in insan haqlarına dair gündəliyinin qoyulmasında mühüm rol oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti