...

Litvada Şərq Tərəfdaşlığına dair konfrans keçirilir

Siyasət Materials 30 Sentyabr 2013 13:24 (UTC +04:00)
Litvanın Avropa İttifaqı Şurasında Sədrliyi çərçivəsində Vilnüsdə "Araşdırma, inkişaf və innovasiyada Avropa Beynəlxalq Əməkdaşlığı və Şərq Tərəfdaşlığının genişləndirilməsi" mövzusunda konfrans keçirilir.
Litvada Şərq Tərəfdaşlığına dair konfrans keçirilir

Azərbaycan, Bakı, 30 sentyabr / Trend, müxbir S.Əhmədova /

Litvanın Avropa İttifaqı Şurasında Sədrliyi çərçivəsində Vilnüsdə "Araşdırma, inkişaf və innovasiyada Avropa Beynəlxalq Əməkdaşlığı və Şərq Tərəfdaşlığının genişləndirilməsi" mövzusunda konfrans keçirilir. Trend-in məlumatına görə, bu barədə Litvanın Avropa İttifaqı Şurasında Sədrliyinin rəsmi internet səhifəsində məlumat verilib.

Məlumatda qeyd olunur ki, sözügedən konfrans bu gün və sabah davam edəcək.
Konfransda əsas diqqət araşdırma, inkişaf və innovasiya sahəsində beynəlxalq səviyyədə əməkdaşlığa, eyni zamanda Avropa Araşdırma Məkanı, İnnovasiya Birliyi, "Avropa 2020 və Şərq Tərəfdaşlığı" yol xəritəsi təşəbbüsləri kontekstində Şərq Tərəfdaşlığı ölkələrinə yönələcək.

Konfransda Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan nümayəndələr iştirak edəcəklər.

Litvanın təhsil və elm naziri Dainius Pavalkis bildirib ki, sözügedən konfrans Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələri arasında araşdırma, inkişaf və innovasiya sahəsində əməkdaşlıq üzrə debatlara öz töhfəsini verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti