...

ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılması viza üçün müraciət edən şəxslərə xidmətlərin göstərilməsində problem yaratmır

Siyasət Materials 4 Oktyabr 2013 13:32 (UTC +04:00)
ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılması viza üçün müraciət edən şəxslərə xidmətlərin göstərilməsində problem yaratmır.
ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılması viza üçün müraciət edən şəxslərə xidmətlərin göstərilməsində problem yaratmır

Azərbaycan, Bakı, 4 oktyabr / Trend, müxbir S.Əhmədova /

ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılması viza üçün müraciət edən şəxslərə xidmətlərin göstərilməsində problem yaratmır. Trend-in məlumatına, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin "Facebook" səhifəsində bildirilir.

Məlumatda bildirilir ki, pasportların yenilənməsi və ABŞ vətəndaşları üçün digər xidmətlər normal qaydada davam etdirilir.

Məlumatda qeyd olunur: "Hökumət vəsaitlərinin dayandırılması o deməkdir ki, ABŞ hökumətinin bir sıra fəaliyyətləri dayandırılır. ABŞ-ın Azərbaycandakı missiyası tam heyətlə işinə davam edir. Hüquqi məhdudiyyətlər çərçivəsində missiya ABŞ vətəndaşlarının müdafiəsi, milli təhlükəsizliyin təminatı və ticarət və iqtisadi maraqların irəli çəkilməsi ilə bağlı fəaliyyətlərini davam etdirəcək. Bütün dünyada səfirlik əməkdaşlarına, ən vacib milli maraqlarla əlaqədar olmadıqca, çıxışlar etməmək, müsahibələrdə iştirak etməmək və ya ictimai tədbirləri təşkil etməmək tapşırılıb".

Qeyd edək ki, ABŞ hökuməti oktyabrın 1-dən qismən öz fəaliyyətini dayandırıb. Buna səbəb Konqresdə büdcə layihəsinin keçməməsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti